Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki mədəniyyət işçiləri tərəfindən Şəhid və Qazi ailələrinə yardım göstərilir

03.02.2022

Şəki Regional Mədəniyyət İdarəsi və MİHİ Şəki Rayon Komitəsi tərəfindən regional idarənin əhatə etdiyi şəhər və rayonlarda mütəmadi olaraq Vətən müharibəsində şəhid və qazi olmuş vətəndaşların ailələri ilə  görüşlər keçirilir, onlara diqqət və qayğı göstərilir.

03 fevral 2022-ci il tarixdə Regional idarənin rəisi əvəzi Tərlan Nəsibov, MİHİ Şəki Rayon Komitəsinin sədri Rəhman Məmmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov  və əməkdaşları Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Şəhid Nağıyev Toğrul Həsənbala oğlu və Məmmədli Cavidan Abduləziz oğlunun ailələri ziyarət edilmiş və ərzaq yardımı göstərilmişdir.

Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlər zamanı Şəhid olmuş, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.