03.02.2022
Qax rayon Heydər Əliyev mərkəzində yerləşən 2 saylı Şəhər kitabxanasında, şəhər 1 nömrəli Mədəniyyət evi, 2 və 4 saylı Şəhər kitabxanaları ilə birlikdə 2 Fevral - Gənclər Günü ilə əlaqədar "Gələcəyimiz olan gənclər var olun" adlı ədəbi-bədii gecə keçirilmişdir.
Tədbiri giriş sözü ilə 2 saylı şəhər kitabxanasının müdiri Yusifli Leyla açaraq, tədbir iştirakçılarını salamlandıqdan sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik süqutla yad edilmişdir. O, sonra Gənclər gününün təntənəli surətdə qeyd edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi olaraq vurğulamışdır. Daha sonra söz ŞRMİ Qax rayonu üzrə nümayəndəsi Dilərə xanım Əzizovaya verilmişdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açmışdır. Qax rayon MKS-in direktoru Güllü xanım Əhmədova çıxış edərək gəncləri bu gün münasibəti ilə təbrik etmişdir. O, qeyd etdi ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Söz daha sonra Qax rayon Mədəniyyət mərkəzinin direktoru Kəmalə xanım Məcidovaya verilmişdir. Kəmalə xanım çıxışında qeyd elədi ki, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunu danılmazdır, onlar cəmiyyətin fəal qurucularına çevrilirlər.
Qax rayon uşaq İncəsənət məktəbinin rəqs kollektivi rəqs nümunəsi ilə çıxış etdilər.
Qax rayon GİKM-nin direktoru Elmir Həşimli, Mədəniyyət mərkəzinin əməkdaşları Fərid Kərimov, Şəmsəddin Quliyev, Vüsalə xanım, Azərbaycan yazıçılar birliyinin üzvi, şairə Solmaz Elqızı bu gün münasibətiylə gəncləri təbrik elədilər.
Sonda isə 2 saylı şəhər kitabxanasının fəal oxucuları Ramazan Hacızadə, Cavidan İsaqlı və vətən müharibəsi iştirakçısı Fərid Kərimov vətənpərvər ruhda olan musiqi nümunələri ilə çıxış etdilər.