01.02.2022
1 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Səhnədən səngərə: “Qazilər" layihəsinin yeddinci buraxılışı Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Balakən rayon 1 sayli şəhər sənətkarlıq klubunun müdiri Qazi Musayev Turan Tofiq oğluna həsr olunmuşdur. Vətən müharibəsinə könüllü yollanan Turan Musayev 7 oktyabr tarixdə Ağdərə, Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuş və yaralanmışdır. O, Azərbaycan Respublikasının Prezidentinin Sərəncami ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.