Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Sərvət və səxavət sahibi” adlı tematik gecə keçirilib

26.01.2022

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qax GİKM-də  Azərbaycan xalqının böyük xeyriyyəçi oğlu H.Z.Tağıyevin doğum günü münasibəti ilə “Sərvət və səxavət sahibi” adlı tematik gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova böyük xeyriyyəçinin həyat yoluna və fəaliyyətinə maraqlı məqamları iştirakçıların diqqətinə çatdırmışdır.

Mədəniyyət Mərkəzin təşkilatçısı Mustafayeva Vüsaləyə çıxış edərək, millətinə böyük şərəf və iftixar gətirən bu görkəmli şəxsiyyətin doğma xalqı üçün təmamnasız xidmətlərindən geniş söhbət açmışdır.

Daha sonra Mədəniyyət Mərkəzinin metodisti Əlimova Nuriyyə millətin böyük oğlu H.Z.Tağıyevin xalıqın maariflənməsində əvəzsiz xidmətlərindən və mədəniyyət sahəsində gördüyü  geniş miqyaslı işlərdən söhbət açmışdır.

Tədbirin sonunda GİKM-nin direktoru Elmir Həşimlinin Tağıyevin həyat yoluna həsr olunmuş videoçarx ilə sona çatmışdır.

 

98.6 KB

 

60 KB

 

53.8 KB

 

81.2 KB

 

49 KB