Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində “2022-ci il Şuşa ili” başlıqlı tədbir keçirilib

26.01.2022

Balakən rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində Nizami adına tam orta məktəbinin ll sinif şagirdləri iştiraki ilə nağıl saatı təşkil olunmuşdur. Kitabxananın biblioqrafı Dibirova Rəna əvvəlcə məktəbliləri "2022-ci il Şuşa ilidir" adlı sərgi ilə tanış edərək, Şuşa şəhərinin tarixi haqqında qisa məlumat vermişdir. Sonra isə nağıl otağında oxu zalının müdiri Kikova Mina uşaqlara Güvencin nağılları seriyasından  "Şuşa" adlı nağılı danışmışdır. Nağılda Şuşanın simvolu olan Xarıbülbül, Pənahəli xanın düşməndən qorunmaq üçün Şuşa qalasını tikdirməsi, Cıdır düzünün yaranması, iki qaya arasından süzülən İsa bulağı haqqında rəvayətlərdən bəhs olunmuşdur.

 

107.4 KB

 

74.7 KB

 

156.5 KB

 

180.4 KB