Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Yuxarı Tala kənd kitabxanası şair Nazim Hikmətin 120 illik yubleyi ilə əlaqədar tədbir keçirmişdir

26.01.2022

Zaqatala rayon MKS-nin 3 saylı Yuxarı Tala kənd kitabxana filialı XX əsr Türk ədəbiyyatında özünəməxsus yer tutan, qiymətli ədəbi irsə malik olan Nazim Hikmətin 120 illik yubileyi ilə əlaqədar olaraq məktəbli oxucuları üçün tədbir təşkil etmişdir. Tədbirdə kitabxanaçı Əfsanə Darçınova çıxış edərək ədibin keşməkeşli həyatından, yaradıcılığından bəhs etmiş, qeyd etmişdir ki, Azərbaycanı ikinci vətəni hesab edən şairin əsərlərində əsas mövzu vətənpərvərlik, vətən həsrəti olmuşdur.Tədbir və mövzu məktəbli oxucularda xüsusi maraq yaratmışdır. Sonda məktəblilər ədibin yaradıcılığından şeirlər səsləndirilmişlər.

 

 

253.5 KB

 

72.3 KB

 

61 KB