Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Qıpçaq kənd kitabxanasında Vidadi Babanlının “Vicdan susanda” romanı haqqında dəyirmi masa keçirilib

24.01.2022

Qax rayon Qıpçaq kənd kitabxanasında yazıçı Vidadi Babanlının anadan olmasının 95 illiyi ilə əlaqədar Qıpçaq kənd tam orta məktəbində kitabxananın oxucuları ilə birlikdə Vidadi Babanlının "Vicdan susanda" romanı haqqında dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Qıpçaq kənd kitabxanasının müdiri Şüküfə İbrahimova yazıçının həyatı və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verilmişdir. Kitabxananın fəal oxucusu, məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Cəfər Yusubov romanın qısa məzmunundan danışmış və bildirmişdir ki, bu əsər zamanla ayaqlaşan əsərdir. Oxuculardan Ülkər Məmmədova, Gülyar Haqverdiyeva, Ruhalə Xəlilova, Şəfiqə Novruzlu və başqaları dəyirmi masada bu roman haqqında öz fikirlərini bildirmişdirlər.

 

98.4 KB

 

85.4 KB

 

96.7 KB

 

98.7 KB