Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon MKS-nin Çaldaş kənd kitabxana filialında ”20 Yanvar Şəhidləri” adlı dəyirmi masa keçirilib

21.01.2022

Oğuz rayon MKS-nin 21 saylı Çaldaş kənd kitabxanasında "20 Yanvar Şəhidləri" adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Çaldaş kənd tam orta məktəbin dərs hissə müdiri Pərvanə Şahseynova, azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal Abutalıbov, tarix müəllimi Şahlar Əliyev, məktəbin VIII,  IX sinif şagirdləri, kitabxananın  daimi oxucuları  iştirak etmişdir.

Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsi sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə kitabxanaçı Maygül Mustafayeva açaraq, 20 Yanvar hadisələri  haqqında məlumat vermişdir. Daha sonra dərs hissə müdiri Pərvanə Şahseynova  öz çıxışında, 1990-cı il 20 yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə vətənin şərəfi naminə canından keçən hər bir Azərbaycan vətəndaşının keçdiyi bu çətin və müqəddəs yolun gənc nəslə çatdırılmasının əhəmiyyətli rolundan, beynəlxalq ictimaiyyətin isə bu qətliama biganə münasibətindən ürək ağrısı ilə danışmışdır.

Tədbir boyunca  fəal oxucular  İsmayılov Rəvan "Azadlığa gedən yol", Adilov Cavid "20 yanvar-Qan yaddaşımız", Hüseynov Sənan "Qanlı qadalı yanvar" adlı məruzələrlə, Mustafayeva Aytən, Əzizova Dinara, Fezullayeva Natəvan Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından parçalar səsləndirdilər.

 

45 KB

 

63.3 KB

 

43.2 KB

 

49.9 KB