21.01.2022
Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbinin müəllim və şagirdləri Şəhidlər Xiyabanını ziyarət etmiş, onların məzarı üzərinə gül dəstələri qoymuş və ruhlarına dualar oxumuşdurlar.
Daha sonra məktəbdə “Qanla yazılan tarix heç vaxt unudulmur, yaddan çıxmır” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktor vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Sevil Rəsulova çıxış edərək 32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini xatırlatdı. Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.
Çıxışdan sonra məktəbin müəllim və şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş musiqili kompozisiyalarla çıxış etmişlər.