08.05.2018
08.05.2018-ci il tarixdə Şəki Heydər Əliyev Mərkəzinin növbəti qonaqları Dövlət Miqrasiya Xidmətinin kollektivi oldular. Qonaqlar əvvəlcə Ulu Öndərin büstü qarşısında gül qoymuş, xatirəsini yad etmişlər. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Mərkəzin bələdçilsi Xuraman Səmədova ekskursiya çərçivəsində onlara Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.