Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonunda Şəhid Anar Əfəndiyevin anım gününə həsr olunmuş ”Şəhidlər əbədiyyət nəğməsidir” adlı kompozisiya keçirilib

14.01.2022

Oğuz rayon MKS-nin Kərimli kənd kitabxana filialının əməkdaşı Məmmədova Gülnarə və Oğuz rayon A.Əfəndiyev adına Kərimli kənd tam orta məktəb, Uşaq Birliyinin rəhbəri Qəndab Salehova ilə birlikdə məktəbin ünvanına  çevrilmiş şəhid Anar Əfəndiyevin  anım gününə həsr olunmuş "Şəhidlər əbədiyyət nəğməsidir" adlı kompozisiya keçirilmişdir.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbir ilk öncə torpaqlarımızın bütövlüyü, Vətənimizin azadlığı  uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Daha sonra məktəbin lV sinif şagirdləri Atakişiyev Ömər, Salehova Zəhra, Vll sinif şagirdləri Yusifli Fidan, Vahabova Zəhra, İsmayılov Vüsal, Məmmədli Nigar, Mənəfli Şəlalə öz şeirlərini səsləndirmişlər. Məktəbin direktoru Sahib Camıyev və müəllimlər çıxış edərək şəhid Anar Əfəndiyev haqqında xatirələrini dilə gətirmiş, onun məktəb vaxtlarından öz yaşıdlarından fərqlənməsi, mərd, vətənpərvər, mətin bir şagird kimi tanınması haqqında fikirlərini bölüşmüşdür.

 

64.5 KB

 

58.2 KB

 

65.9 KB

 

50.1 KB

 

60.5 KB