Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mərkəzi kitabxanada “Qarabağın incisi Şuşa” adlı dəyirmi masa keçirilib

14.01.2022

Balakən rayon MKS-də “2022-ci il Şuşa ili“ nin elan olunması ilə əlaqədar olaraq  “Qarabagın incisi Şuşa” adlı  dəyirmi masa keçirilmişdir. Tədbirdə kitabxana işçiləri və fəal oxucular iştirak etmişdir. 

Tədbiri giriş sözü ilə MKS-nin direktoru Məryəm Tağıyeva açaraq, Respublika Prezidenti cənab İlham Əliyevin  5 Yanvar 2022-ci il tarixli “2022-ci il - Şuşa ili” elan olunması, həmçinin Şuşa şəhərinin  270 illiyi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Könül Osmanova isə çıxış edərək, tarixən ermənilərin qədim Azərbaycan torpağna təcavüz etməsi nəticəsində, milli-mədəni, tarixi abidələrimiz talan etmiş, yandırmış, kütləvi qətliamlar törədilmişdir. Artıq Ali Baş komandan  və onun “Dəmir yumruğ”unun işə düşməsi, müzəffər ordumuzun şücaəti nəticəsində 30 illik həsrətə son qoyulmuşdur. 

Sonda tədbir iştirakçıları foyedə təşkil olunmuş Şuşanın 270 illiyinə həsr olunmuş sərgi ilə tanış olmuşdur.  

 

64.9 KB

 

57.4 KB

 

66.8 KB

 

43.7 KB