Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Güllük kənd kitabxana filialında Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş məlumat saatı keçirilib

14.01.2022

Qax rayon Güllük kənd kitabxana filialında Türk şairi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş "Yaşamaq gözəl şeydir, qardaşım"  adlı məlumat saatı keçirilmişdir. Tədbiri filial müdiri Gülbəniz Hüseynova açaraq şairin həyat və yaradıcılığı haqda geniş məruzə ilə çıxış etmişdir. O, çıxışında qeyd etmişdir ki, Türk dünyası, XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən biri olan Nazim Hikmət (1902 – 1963) Türkiyə, Azərbaycan, başqa Türk və Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərmiş, şeirdə yeni yollar açmış sənətkar və əsrin klassikidir. Nazim Hikmətin şerlərində yalnız bir xalqın yox, bütün insanlığın ağrılı-acılı tarixi yaşayır. Kitabxananın multumedia mütəxəssisi Nərmin Seydəliyeva Nazim Hikmətin "Yaşamaq gözəl şeydir, qardaşım" romanı haqqında oxuculara geniş məlumat vermişdir.

 

91.9 KB

 

96.6 KB

 

85.3 KB

 

92.4 KB