Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda “Şuşa Qarabağın döyünən ürəyidir” adlı dəyirmi masa keçirilib

12.01.2022

Qax rayon Ləkit kənd kitabxanası və kənd diyarşünaslıq evinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin  “Şuşa  ili” elan edilməsi ilə əlaqədar "Şuşa Qarabağın döyünən ürəyidir" adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə kənd Ərazi İnzibati Dairəsinin nümayəndəsi, kənd Bələdiyyə işçiləri, mədəniyyət, kitabxana işçiləri, məktəb şagirdləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə kitabxana müdiri Əsgərova Saniyə açaraq, 2022-ci il “Şuşa ili” elan edilməsi haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Bununla bağlı müəssisələr tərəfindən silsilə tədbirlərin keçiriləcəyini vurğulanmışdır. Tədbir çıxış edənlər bildirdilər ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən və Şuşanın azad edilməsi ilə Zəfərimizin qazanılması tarixi uğurumuzdur. Sonda məktəblilər Şuşa şəhəri ilə bağlı bildiklərini və şeirlər səsələndirmişdir.

 

107.6 KB

 

105.5 KB

 

122.5 KB

 

112.3 KB