Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon mədəniyyət işçiləri Şəhid Vüsal İsmayılovun ailəsini ziyarət edib

28.12.2021

Oğuz rayon MKS-nin Yaqublu kənd kitabxanası, Yaqublu kənd Folklor evi, Yenikənd və Zərrab kənd klublarının işçiləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn Vüsal İsmayılovun ailəsini ziyarət etmişdir. Mədəniyyət işçiləri Şəhidin yadigarı olan övladlarını bayram sovqatı və hədiyyələrlə sevindirmişdir. Görüşdə Vüsalın valideynləri onun keçdiyi döyüş yolundan söz açmışdır. Sonda Şəhidin qızı Ləman İsmayılova atasına həsr olunmuş şeiri söyləmişdir.