28.12.2021
Balakən rayon Talalar kənd Sənətkarlıq evində gənc nəsilə xalçaçılıq sənətinin təbiliği və marifləndirilməsi istiqamətində "Xalçaçılıq sənəti milli sərvətimizdir" başlığı altında görüş keçirilmişdir.
Görüşdə xalçaçılıq dərnəyinin rəhbəri Xəlilova Arzu tərəfindən gənclərə qədim el sənəti olan xalçaçılığın sirləri öyrədilmişdir. Görüşün keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin Azərbaycan xalçaçılıq sənəti haqqında məlumatlılığının artırılması, mədəniyyətimizin bu sahəsinin təbliğinə yönəldilmişdir.
Yetişməkdə olan gənc nəslin bu sənət sahəsinə marağı olan istedadlı yeniyetmə və gənclərin aşkar olunması və xalçaçılıq dərnəyinə üzvlərin cəlb olunması mövzusunda danışılmışdır.