Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon MKS-nin kitabxana filiallarında səyyar kitabxana xidməti təşkil edilib

08.12.2021

Hər il 3 dekabrda keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilib. Ölkəmizdə də əlilliyi olan şəxslərin sayı kifayət qədərdir. Zaqatala rayon MKS-i də onları diqqətdən kənarda qoymur. Kitabxanaçılarımız yaşadıqları ərazidə yaşayan əlillərlə vaxtaşırı görüşlər təşkil edir, onlara “Səyyar xidmət” göstərirlər. Beynəlxalq əlillər günü münasibəti ilə kitabxana əməkdaşları yenə də əlilləri diqqətdən kənarda qoymadı. Yuxarı Tala 1 saylı kitabxana filialı, Göyəm, Paşan, Kebeloba, Muğanlı kənd kitabxana filiallları əlil şəxslərə baş çəkmiş, onlara “Ucadan oxu” xidməti vasitəsi ilə maraqlı hekayə və nağıllar oxumuşlar. Əlil olan şəxslərindemək olar ki əksəriyyəti kitabxanalarımızın oxucusudur. əməkdaşlarımız mütəmadi olaraq onlara “Səyyar xidmət” göstərərək onların mütaliə arzusunu geçəkləşdirirlər. Görmə əngəlli və ya oxumağı bacarmayan əllilər üçün isə “Ucadan oxu” xidməti göstərilir. Kitabxanaçılar tərəfindən onlara göstərilən bu qayğını onlar və yaxınları yüksək qiymətləndirir, bu işlərindən dolayı əməkdaşlarımıza hər zaman minnətdar olduqlarını deyirlər.

 

186.9 KB

 

113.1 KB

 

54.8 KB

 

94.3 KB

 

51.9 KB