06.12.2021
Zaqatala rayon Mədəniyyət Mərkəzinin dəstəyi və Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin Zaqatala üzrə nümayəndəliyinin təşəbbüsü ilə 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Sən bacararsan” adlı şəhərcik keçirilmişdir. Fiziki qüsurlu uşaqlara dəstək məqsədi ilə keçirilən tədbiri giriş sözü ilə AQUPK rəhbəri Cövhər xanım açaraq uşaqları və tədbir iştirakçılarını,valideynləri salamlamış, ölkəmizin uşaqlara diqqət və qayğının hər zaman ön planda olduğunu vurğulamışdı. Mərkəzin məsul işçisi Nazan Bulacova uşaqlara nağıl payı armağan etmişdir. Mərkəzin digər məsul işçisi Xədicə Əliyeva isə uşaqlar üçün maraqlı rəsmlər çəkmişdir. Uşaqlar üçün ən xoş olan isə əyləncəli oyunlar olmuşdur. Tədbirin sonunda valideynlər Maddi və mənəvi dəstək üçün Komitənin sədri Cövhər İbrahimova ya və mərkəzin direktoru Aybəniz Heydərovaya təşəkkürünü bildirmişlər.