30.11.2021
Oğuz rayon MKS-nin Bayan kənd kitabxana filialında kitabxanaya yeni gəlmiş kitabların təbliği ilə əlaqədar biblioqrafik icmal keçirilib. Eyni zamanda “Qızıl qələm” mükafatı laureatı Füzuli Əsgərli tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş “Belarus uşaq ədəbiyyatı antalogiyası” kitabı üzrə “Ucadan oxu” keçirilmişdir.
Tədbirdə kitabxananın fəal oxucuları İsmayılova Aliyə, Nuruyeva Ayan, Alxasova Nərmin, Qasımova Röya və Əzizzadə Aysu iştirak ediblər.
Tədbiri giriş sözü ilə kitabxanaçı Nurməmmədova Nigar açaraq, kitabxanaya yeni gəlmiş kitablar haqqında uşaqlara məlumat verib. Sonra Belarus uşaq ədəbiyyatı antalogiyası kitabına, Belarus uşaq yazıçılarının öz dəyərli və tərbiyəvi əhəmiyyəti ilə seçilən kiçik yaşlı oxucuların bədii- estetik zövqünün formalaşmasında mühüm rol oynayan rəngarəng sujetli nağılların daxil edilməsindən danışmişdır.