26.11.2021
Qax rayon Zəyəm kənd foklor evi və Zəyəm kənd kitabxana filialının birgə təşkilatçılığı ilə "Qarabağın yaqut qaşlı Kəlbəcəri" adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Kəlbəcərin Azadlığı ugrunda döyüşən qazilər- Zəyəm kənd foklor evinin metodistdi Qazi Fərid Kərimov, Elnur Mustafayev, Turan Eyvazov, Firuz Osmanoğlu, Xəzrin İsmayılov, orta məktəb şagirdləri, müəllimləri, Zəyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Rövşən Salamov iştirak etmişdir. Tədbiri Zəyəm kənd Foklor evinin direktoru Səmayə Abdurəhmanova açaraq, Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Kəlbəcərin tarixindən, onun füsunkar təbiətindən, zəngin təbii resurslarından söhbət edilib. Daha sonra Qazi Fərid Kərimov Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirakı ilə fəxr duyduğunu bildirməklə yanaşı, şəhid yoldaşlarını həmişə xatırlayacağını, onların ürəyində əbədi yer tutduğunu söyləyib. Rövşən müəllim Kəlbəcərin işğaldan azad edilməsi Zəfər tariximizin parlaq səhifələrindən olduğunu vurğulamışdır.