23.11.2021
Balakən rayon şəhər 2 saylı diyarşünaslıq klubu "Uşaq hüquqları" mövzusunda videokonfrans keçirmişdi. Konfrasda klub və kitabxana işçiləri, müəllim və şəhər sakinləri iştirak edib.
Konfransı giriş sözü ilə açan klubun metodisti Zəminə Abdullayeva bildirib ki, Azərbaycanda uşaqlarla bağlı problemlərin həlli üçün 10 illik strategiya hazırlanıb. Belə ki, Prezident İlham Əliyev "Azərbaycan Pespublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır. Strategiyanın əsas istiqamətləri arasında uşaq hüquqlarının təmin edilməsi, baxımsız, çətin şəraitdə yaşayan uşaqların aşkarlanması onlar barədə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Əsasən də zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi və onlara müvafiq sosial xidmətlər göstərilməsi, erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi, uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və qarşısının alınması nəzərdə tutulur.
Çıxış edən uşaq kitabxanasının müdiri Nazilə Rüstəmova isə bu günə kimi uşaq hüquqları sahəsində müxtəlif qanunlar qəbul olunduğunu, uşaqlara dair strategiyanın hazırlanması onların hüquqlarının qorunması üçün atılan daha bir addım olduğunu qeyd edib. Bu sahədə onlarında üzərinə vəzifələr düşdüyünü, kitabxanaya gələn uşaqlarla maarifləndirici söhbərlər aparıldığını və uşaq qanunları haqqında guşə yaradıldığını bildirib.
Kubun mədəni təşkilatçısı Nəzakət Bağırova da çıxışında Uşaq strategiyasının qəbul olunmasının önəmindən danışıb. O, bildirib ki, uşaqların qorunması pis vərdişlərdən uzaq olması üçün klubda rəqs, bədii qiraət, musiqi dərnəkləri yaradaraq uşaqların asudə vaxtını səmərəli keçirməsinə çalışıldığını qeyd edib.
Müəllimə Həlimə Abdullayeva da çıxışında bildirdi ki, Azərbaycanda əhalinin 26.2 faizini uşaqlar təşkil edir və uşaqların hüquqlarını müdafiə etmək hər bir vətəndaşın borcu olduğunu qeyd edib.