12.11.2021
Qax rayonu Əmbərçay kənd kitabxanası və klubun birgə təşkilatçılığı ilə 12 noyabr Konstitusiya Günü münasibəti ilə “Hüquqlarım və vəzifələrim'' adlı məlumat saatı keçirilmişdir.
Kitabxananın müdiri Məmmədova Gülmayə ilk olaraq 12 noyabr Konstitusiya Günü ilə bağlı geniş məlumat vermişdir.Əmbərçay kənd klubunun müdiri Əhmədli Aydan insan hüquqları və azadlıqları barədə məruzə etmişdir.
Oxuculardan Əhmədova Türkan və Rəşidova Qəribə çıxış edərək Konstitusiyada təsbit olunmuş hüquq və vəzifələrimizdən söhbət açdılar.