12.11.2021
Qaysa kənd folklor evində 12 noyabr Konstitusiya günü ilə əlaqədar "Qanunlarımızı öyrənək" başlığı altında dəyirmi masa keçirilmişdir.Tədbirdə Qaysa kənd folklor evinin kollektivi,kitabxanaçı,kənd icra nümayəndəliyinin və bələdiyyənin kollektivləri iştirak etmişdir.
Tədbiri açan Qaysa kənd folklor evinin bədii rəhbəri A.Kahayeva tədbir iştirakçılarına məlumat verərək qeyd etdi ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür.
Tədbir iştirakçıları Rəfail Oynağanov,Fatma Çunayeva və Sirac Çopsiyev mövzu ətrafında çıxış edərək bildirdilər ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk normativ-hüquqi aktıdır.Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması,layiqli həyat səviyyəsinin təmin olunması,humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.Qanunlarımızı öyrənmək,onları icra etmək hər birimizin borcudur.