Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda “Zəfərin mübarək Azərbaycan!” başlığı altında ədəbi-bədii gecə keçirilib

07.11.2021

   Şambul  kənd sənətkarlıq klubunda Zəfər günü münasibəti ilə “Zəfərin mübarək Azərbaycan!” başlığı altında ədəbi-bədii gecə keçirilmişdir.Tədbirdə Şambul kənd sənətkarlıq klubunun işçiləri, bələdiyyə işçiləri, Şambul kənd tam orta məktəbin tarix  müəllimi və şagirdləri iştirak etmişdir.

  Tədbiri giriş sözü ilə Şambul kənd sənətkarlıq klubunun müdiri Zenfira Məmmədova açaraq    vurğuladı ki, bu gün qeyd edilən Zəfər bayramı tariximizin ən böyük qalibiyyət səhifələrindən biridir.Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər və qələbə ayı kimi qalacaqdır.

   Şambul kənd tam orta məktəbin tarix müəllimi Nətavan Bazarova  çıxış edərək  bildirdi  ki, Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi gerçəkləşdirildi.Xalqımızın  30 illik həsrətinə son qoyuldu.Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və ədalət yerini tapdı.

    Sonda  şagirdlərin ifasında vətənimizə, Qarabağımıza aid şeirlər, nəğmələr və Balakən şairi Ramazan Xutranın   “Vətənə oğul gərək” poeması səsləndirildi.