05.11.2021
Oğuz rayon Tarix-diyarşünaslıq muzeyi “Unutmaq olarmı Sizi Şəhidlər?” adlı yürüş keçirmişdir. Keçirilən yürüşdə Vətən uğrunda şəhid olan igidlərimimzin xatirəsini əziz tutmaq və onların hər daim qəlbimizdə yaşadıqlarını xatırlatmaqdır. Yürüş iştirakçıları Oğuz şəhidlərinin dəfn olunduqları məzarlıqları tək-tək ziyarət etmişlər. Yürüşə start Oğuz rayon Tarix-diyarşünaslıq muzeyindən verilmiş, ilk ziyarət olunan məzarlıq Xaçmaz Şəhidlər Xiyabanı olmuşdur. Xaçmaz Şəhidlər Xiyabanında uyuyan I və II Qarabağ şəhidlərinin hər birinin qəbri ziyarət olunmuşdur.
Sonra yürüş Sincan, Padar, Dəymədərə, Xalxal, Xalxalqışlaq, Baş Daşağıl, Muxas, Bucaq , Calud kəndlərinin və Oğuz rayonun şəhid məzarlarının ziyarət olunması ilə başa çatmışdır. Yürüşün keçirilməsində həm də məqsəd şəhidlərin şəxsi əşyalarını toplayaraq “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı ekspozisiyada nümayiş olunmasını təşkil etməkdir.