Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunun Qum kəndində “Qarabağı necə görürəm?” mövzusunda ədəbi-bədii gecə keçirilib

01.11.2021

   Qax rayon Qum kənd sənətkarlıq evi  və  kənd kitabxanasının birgə təşkilatçılığı ilə  5 ildən sonra “Qarabağı necə görürəm?” mövzusunda ədəbi-bədii  gecə keçirilmişdir.

    Gecəni açan sənətkarlıq evinin direktoru Xatirə Şahmalıyeva qeyd etdi ki, 30 illik erməni işğalına 44 gün ərzində son qoyan Azərbaycan artıq postmüharibə dövrünü yaşayır.Erməni vandallarının viranəyə çevirdiyi cənnət Qarabağımızda bərpa və quruculuq işləri aparılır.Qarabağın bərpasına diqqətin bariz nümunəsi kimi bu yaxınlarda ilk sınaq uçuşu baş tutmuş Füzuli aeroportunu göstərə bilərik. Hava limanının qısa müddətdə istifadəyə hazır olması Azərbaycan dövlətinin gücünün, iradəsinin və əzmkarlığının nümunəsi hesab edilə bilər.Qarabağ turizm baxımından Cənubi Qafqazın cənnəti hesab edilir və ölkəmizə səyahət edəcək turistlərin əsas axını da bu regiona yönələcək.

       Tədbir iştirakçılarından Günel Əsədli  5 ildən sonra Qarabağı ekoloji cəhətdən dünyanın ən təmiz bölgəsi, Elisa Muradova Qarabağı dünyanın turizm mərkəzi, İlqar Əliyev Qarabağı "Ağıllı şəhər" və  "Ağıllı kənd"lərlə əhatə olunmuş bölgə,Gülay Məmmədli Qarabağı müasir üslubda tikilmiş çoxlu yaşayış evlərinin,məktəb və uşaq bağçalarının olduğu diyar, Nihad Mikayılov  Qarabağı yenidən öz yurddaşlarına qoynunu açan bol-bərəkətli,xoşbəxt və gülərüzlü insanların yaşadığı yurd yeri, Səbinə Bayramlı isə Qarabağı beynəlxalq musiqi ,idman və poeziya festivallarının keçiriləcəyi dünya arenası kimi görmək istədiklərini bildirdilər.