06.05.2018
07 may 2018-ci il tarixində Şəki şəhər Ə.Abdullayev adına diyarşunaslıq evində Ulu öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri 9 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Bilalova Aida müəllimə açaraq Ulu öndərin həyatı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edərək Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində ən yüksək nöqtədə durduğunu, eləcə də 20-ci əsrin siyasətçiləri arasında çox böyük nüfuz və ehtiram sahibi olduğunu qeyd etdi.
Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi. Daha sonra “Sən qalib gələcəksən” şeirini Şəhla Yusifli, “Heydər Əliyev” şeirini Aqşin Hacıyev, “Ulu öndər ” şeirini Ömər Abbaslı ifa etdilər.