06.05.2018
6 may 2018-ci il tarixdə Şəki kənd folklor evində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Ulu Öndərə xalq məhəbbəti” adlı tematik gecə keçirilmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lorik Xəlilov Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə keçirilən tədbirin təsadüfi xarakter daşımadığını, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin daima qəlblərdə yaşadığının bariz nümunəsi olduğunu qeyd edib.
Çıxış edən məktəb müəllimləri və Şəki kənd folklor evinin əməkdaşları dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının müdrik oğlu, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin uzaqgörən siyasətindən, xalqı üçün yaratdığı xarüqələrdən, ömrünü Vətəninə və millətinə həsr etməsindən söz açıblar. Natiqlər, bu gün Ümummilli lider Heydər Əliyevin siyasətini ləyaqətlə davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev cənablarının gərgin əməyi sayəsində ölkəmizin gündən-günə çiçəklənməsindən, xalqımızın firavan yaşamasından danışıblar.
Sonda söz şagirdlərə verilib. Onlar Ümummilli lider Heydər Əliyevə həsr edilmiş mahnılar ifa edib, şeirlər söyləmişlər.