18.10.2021
Balakən rayon Mədəniyyət Mərkəzində "Zəfər bayrağımız etibarlı əllərdə, dəmir yumruq yerindədir!" adlı dəyirmi masa təşkil olunub.
Mədəniyyət işçilərinin və könüllü gənclərin iştirakı ilə keçirilən tədbiri Mərkəzin direktoru Arzu Ocaxverdiyev açaraq bildirib ki, bugünkü qələbəmiz məhz dəmir yumruğa güvənərək qazanılmışdır. Zəfər bayrağımız etibarlı Vətən gənclərinin, hər gün torpaqlarımızın azad olunması üçün şəhid olan igidlərimizin əlində, sinəsində olmuş, fəxrlə düşməndən azad edilmiş rayonlarımıza sancılmışdır. Onlar Qarabağ müharibəsinin yenilməz qəhrəmanları, məğlubedilməz döyüşçüləri, sarsılmaz Azərbaycan ərənləridir. Bizi Zəfərə qovuşduran, bütün dünyaya güc və iradəmizi, ən vacib anda bir yumruğa çevrilib düşmən başını əzə biləcəyimizi göstərən qüdrətli xalqın Müzəffər Ordusunun əsgərləridir.
Sonra gənc mədəniyyət işçilərindən Mədəniyyət Mərkəzinin bədii rəhbəri Tural Kərimov, mədəni təşkilatçı Elman Əzimov, könüllü gənc Vüqar Murtuzov çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində şəhid olmuş həmyaşıdlarımızın, qazilərimizin, müharibədə iştirak edən gənclərin göstərdiyi şücaətlərin hər bir gənci Vətənimizi göz bəbəyimiz kimi qorumağa, Vətən üçün canımızdan keçməyə ruhlandırdığı qeyd olunub.