07.05.2018
07 may 2018-ci il tarixdə M.İsmayılov adına diyarşünaslıq evi, N.Nərimanov adına 8 saylı kitabxana filialı ilə birgə 9 May faşizm üzərində Qələbənin 73-cü ildönümü ilə əlaqədar “Vətən oğulları” adlı ədəbi kompozisiya təşkil edilmişdi. Tədbirdə aparıcı Abdurəhmanlı Nurcan 1941-1945-ci il Böyük Vətən Müharibəsinin başlanması və müharibədəki qələbəmiz haqqında məlumat verdi: “1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ üzərinə hücumu ilə Azərbaycanın da daxil olduğu Sovet İttifaqı ölüm-dirim müharibəsinə qoşulmuş tarixə Böyük Vətən Müharibəsi kimi tanınan müharibə başlanmışdır. Qəhrəman oğullarımız Həzi Aslanov, Mehdi Hüseyinzadə, Hüseynbala Əliyev, İsrafil Məmmədov və başqaları həmin çətin illərdə Vətən qarşısında, xalq qarşısında vətəndaş - əsgər borcunu vicdanla yerinə yetirdilər. Sonra Milli Qəhrəmanlara həsr olunmuş sərgiyə baxış keçirildi. Sonda 19 saylı tam orta məktəbin şagirdləri qələbəyə, Vətənə aid şeirlər səsləndirdilər.