Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Güllük kənd Mədəniyyət evində şeir müsabiqəsi keçirilib

15.10.2021

Qax rayon Güllük kənd Mədəniyyət evi, Güllük kənd kitabxanası və Güllük kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” devizi altında şeir müsabiqəsi keçirilib.

Doqquz nəfər şagirdin yarışdığı müsabiqədə bir-birindən maraqlı şeirlər səsləndirilib. Münsiflərin qərarı ilə birinci yerə Həlimə Hüseynli, ikinci yerə Fərhad Davudov və üçüncü yerə Səyyarə Vəlizadə layiq görülüblər.

Tədbirdə məktəbin uşaq təşkilatının rəhbəri Günel Davudova müvafiq yerləri tutmuş şagirdlərə və müsabiqənin bütün digər iştirakçılarına xüsusi hədiyyələr təqdim edib.