07.05.2018
7 may 2018-ci il tarixdə Oğuz rayon tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə xalqımızın böyük oğlu H.Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar, tədbirlər planına uyğun olaraq rayonun Heydər Əliyev parkında “Xalqımız hər zaman onunla fəxr edəcək” adlı tədbir keçirilmişdir.
Tədbirdə Oğuz şəhər 1 saylı məktəbin müəllim və şagirdləri iştirak etmişdir. İlk növbədə tədbir iştirakçıları H.Əliyevin abidəsi önünə gül çələngi və tər çiçəklər qoymuşlar.
Tədbiri giriş sözü ilə Arizə Xuduyeva açmışdı. Sonra isə muzeyin əməkdaşlarının Heydər Əliyevin keçdiyi ömür yoluna həsr olunmuş məruzələri dinlənilmişdir.
Sonda tədbir iştirakçıları muzeydə H.Əliyevə həsr olunmuş guşə və kitab sərgisi ilə tanış olmuşlar.