15.12.2017
Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri cizgi flimləri üçün əvvəlcədən hazırlıq işləri aparmışlar.
15 dekabr 2017-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində uşaqlar üçün “Habil və Qabil” cizgi filmi nümayiş olunmuşdur.
22 saylı uşaq bağçasının balacaları cizgi filmlərini izləmək üçün dəvət almışlar. Bağçanın müdirəsi Mahmudova Ruziyə, müəllimələr Əlibalayeva Aygün, Cəlilova Samirə, Rəsulova Məryəm, Axundova Yeganə körpə balalarla birgə böyük maraqla cizgi filmini izləmişlər.
Sonda Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov qeyd etdi ki, belə cizgi filmləri müntəzəm olaraq azyaşlı uşaqların ixtiyarına verilməlidir.