07.10.2021
Balakən rayon Mədəniyyət Mərkəzinin əməkdaşları rayonun Xalatala kənd sakini, Vətən müharibəsi qazisi Bozbaxov Ömər Rəcəb oğluna baş çəkib, ona maddi və mənəvi dəstək göstəriblər.
Görüş zamanı döyüşlərə könüllü olaraq qatılan Ömər Bozbaxov keçdiyi şərəfli döyüş yolu və Ordumuzun 44 günlük müharibədəki döyüş əzmindən danışıb.
Yaşat Fondunun dəstəyi ilə iki dəfə ayağından əməliyyat olunan qazimiz torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasna görə” medalları ilə təltif olunub.
Ömər Bozbaxov musiqiyə böyük maraq göstərir, gitarada çalmağı və mahnılar ifa etməyi, milli musiqi aləti olan tanburda haylalar söyləməyi sevir.