06.10.2021
Balakənin Yeni Şərif kənd Sənətkarlıq evinin əməkdaşları qazi Məhəmməd Yekəyevlə görüşüb, onun səhhəti və qayğıları ilə maraqlanıblar.
Görüşdə qazinin döyüş yolundan danışılıb. Bildirilib ki, Vətən müharibəsinin qalib əsgərlərindən biri olan könüllü əsgər Yekəyev Məhəmməd Əhməd oğlu Suqovuşan, Talış və digər istiqamətlərdəki döyüşlərdə fəal iştirak edib. Qəhrəmanımız döyüşlərin birində ağır yaralanıb və bir müddət müalicə alıb yenidən döyüşlərə qatılıb. Neçə-neçə yaralı hərbiçinin və 27 il əsirlikdə olan Qazax rayon sakininin həyatını xilas edib. Məhəmməd "Dəmir Yumruq" əks həmlə hərbi əməliyyatında göstərdiyi yüksək Vətənpərvərlik dəstəyinə görə Müzəffər Ali Baş Komandan mükafatı ilə təltif olunub.
Görüş çay süfrəsi ətrafında səmimi söhbətlə davam edib və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.