Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Mərkəzi Kitabxanasında “Zəfərə gedən yolun başlanğıcı”adlı videokonfrans keçirilib

27.09.2021

Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə 27 sentyabr Anım Günü münasibətilə “Zəfərə gedən yolun başlanğıcı”adlı videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə Qax MKS-nin direktoru G.Əhmədova açaraq, qeyd edib ki, bu tarixi gün 32 ildən bəri davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni, nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Bunun müqabilində dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt cavabı ilə qarşılaşdı. 32 ildir səbir edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca səfərbər və tək yumruq oldu, düşmənin cavabının yalnız savaş olduğuna qərar verdi. Azərbaycan Ordusunun yüksək peşəkarliği, xüsusilə əsgərlərimizin vətənpərvərlik amalı bizə zəfər qazandırdı.

Sonra S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru K.Məcidova, Qax rayon GİKM rəhbəri Elmir Həşimli, İ. Dağıstanlının xatirə muzeyinin əməkdaşı Həlimə Muxtarova, İlisu kənd Kitabxanasının müdiri Güllü Rəhimova, C.Cabbarlı adına Mərkəzi Kitabxananın kitabxanaçısı, şairə S. Əfəndiyeva və Qax MKS-nin direktor müavini A. Əfəndiyeva öz çıxışlarında bu günun tarixi əhəmiyyətindən, Şəhid və qazilərimizin cəbhədə göstərdikləri rəşadətlərdən söhbət açmaqla bərabər, bu zəfəri bizə yaşatdıqları üçün onlara daima borclu olduqlarını vurğulayıblar.

Daha sonra kitabxana əməkdaşları Sevinc Abakarova və Aytən Ziyadova qəhrəman döyüşçülərimizə həsr olunan L. Şüküroğlunun “Azərbaycan əsgəri” kompozisiyasını, 2 saylı şəhər kitabxanasının müdiri Leyla Yunisli” Adilə Nəzərin “Bu zəfərin mübarəkdir ey Vətən!” şeirini səsləndiriblər.

Tədbirdə Qax rayonundan II Qarabağ savaşında həlak olan 29 Şəhidin adları tək-tək səsləndirilməklə I və II Qarabağ müharibələrinin Şəhidləri hörmətlə yad edilib.