22.09.2021
Balakən rayon Katex kənd Folklor evinin və kənd kitabxanasının işçiləri 44 günlük II Qarabağ müharibəsində Şəhid olmuş Təmirov Yusif Azər oğlunun və aprel döyüşlərinin Şəhidi Devrişov Elvin Eldar oğlunun məzarlarını ziyarət ediblər.
Ziyarətə gələnlər Vətən müharibəsi Şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib, məzarların üzərinə əklil və çiçəklər qoyublar.
Anım mərasimində 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, bu qələbədə Silahlı Qüvvələrimizin sıralarında döyüşən Balakənli gənclərin şücaətindən danışılıb, Şəhidlik zirvəsinə ucalanların xatirəsinin daim əziz olacağı vurğulanıb.