27.04.2018
27 aprel 2018-ci il tarixdə Oğuz rayon mərkəzi kitabxanasının oxu zalında yazıçı İ.X.Rəvanın (Vəlizadə) “Kinli qadın” kitabının müzakirəsi keçirildi. Oxuculara xidmət şöbəsinin müdiri Nəzakət Qasımova tədbiri açaraq əvvəlcə kitab haqqında ətraflı məlumat verdi. Şöbənin işçisi Almaz Cəfərova yazıçı İ.X.Rəvanın həyat və yaradıcılığı haqqında məruzə etdi. Sonra Respublikanın Əməkdar dil-ədəbiyyat müəllimi Məlahət Əsədova əsəri təhlil etdi. Böyük kitabxanaçı Ləman Babayeva, oxuculardan Kütahilə Babayeva, Məftunə Abdullayeva və başqaları əsərdəki surətləri təhlil etdilər. Sonra iştirakçılar əsər haqqında fikir mübadiləsi etdilər.