Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Qum kənd kitabxanasında ”Dünyamıza sülh gərəkdir”adlı tədbir keçirilib

22.09.2021

21 sentyabr Beynəlxalq sulh günüdür. Sulh gününün keçirilməsi sulhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir. Dünyamıza sülh gərəkdir. Bir daha dünyamızda muharibələr baş verməsin, anaların ürəyinə çalın-çarpaz daglar çəkilməsin, göz yaşları axmasın.

Bu ifadələr Qax rayon Qum kənd kitabxanasında 21 sentyabr -Beynəlxalq Sülh Günü münasibətilə keçirilən "Dünyamıza sülh gərəkdir"adlı tədbirdə səsləndirilib. Tədbiri kitabxananın müdiri Səriyyə Rəcəbova açaraq, bütün dunyada "Sülh günu "kimi qeyd olunan təqvimin yaranma tarixi haqqinda məlumat verib. Sonra kitabxananın multimedia işcisi Sənubər Rəhimova "Sülh arzusu" mövzusunda məruzə ilə çıxış edib. Daha sonra oxucuların sülh və Vəvətənpərvərlik mövzusunda çəkdikləri rəsmlərə baxış keçirilib. Məktəblilərin bütün rəsmləırində sülh arzuları tərənnüm olunub.