Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan musiqi tarixində Üzeyir Hacıbəylinin yolu

15.12.2017

05.12.2017-ci il tarixdə M.F.Axundzadə  adına Mədəniyyət mərkəzində 9 saylı kitabxana filialı və 17 saylı məktəblə birgə dahi bəstəkar, karifey sənətkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş “Azərbaycan musiqi tarixində Üzeyir Hacıbəylinin yolu” adlı ədəbi-bədii kompozisiya keçirmişdir. Öncə bəstəkarı Üzeyir Hacıbəyli olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra aparıcılar - Şəkər və İlahə Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqında məlumat verdilər. Ardınca kitabxananın fəal oxucuları – Ramazanov Rəhim, Kərimov Elşən, Mehdiyeva Səbinə, Əfəndizadə Nuray, Həşimova Mətanət, Həsənli Ülvi, Qarayeva Nuray, Yavərli Könül, Rəsullu Duyğu, Mirzəzadə Munisə və Talıbova Nəzrin  dahi bəstəkarın “O olmasın bu olsun” və “Arşın mal alan” musiqili komediyalarindan səhnələr  nümayiş etdirdilər, eyni adlı filmlərdən mahnılar və rəqslər ifa etdilər. Məktəbliləri tarda Qasımzadə Fərid və fortepianoda Mustafazadə Jalə müşayiət etdilər. 17 saylı orta məktəbin müəllimləri – Dadaşova Nailə, Kərimova Şahnaz və Xəlilova Günel tədbirin təşkilində fəal iştirak etmişlər. Sonda MKS-nin direktoru Seyid Vahabov tədbirin təşkilində fəal iştirakına görə 17 saylı orta məktəbin şagirdlərinə, uşaq birliyinin sədri Xəlilova Günelə, musiqi müəllimi Kərimova Şahnaza, VIII a və VIII b sinif şagirdlərinə, “Yallı” rəqs qrupuna, 9 saylı kitabxana filialının müdiri Rüfanə Həsənovaya fəxri fərmanlar təqdim etmişdir. Sonda 9 saylı kitabxana filialının müdiri Rüfanə Həsənova yekun sözlə tədbiri yekunlaşdıraraq bütün iştirakçılara, tamaşaçılara  kitabxana filialının kollektivi adından  təşəkkürünü bildirdi.