07.09.2021
Samux gəncləri Zaqatala rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
“Heydər Əliyev dövrünə ziyarət” layihəsi çərçivəsində təşkil olunan tədbirdə qonaqlara öncə Mərkəzin ekspozisiya zalında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.
Daha sonra gənclər Mərkəzin foyesində təşkil olunmuş kitab və jurnalların sərgisi ilə, həmçinin Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış olublar. Ekskursiyanın sonunda gənclərlə birlikdə xatirə fotosu çəkilib.