28.04.2018
28 aprel 2018-ci il tarixdə Zaqatala rayon uşaq incəsənət məktəbində oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Şəfalı əllər” adlı tədbir keçirilmişdir. Keçirilən tədbirdə incəsənət məktəbinin müəllim kollektivi, şagirdlər və valideyinlər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fərhad Acırqayev akademik Zərifə xanımın keçdiyi həyat yolundan, dünya səviyyətli tədqiqatlarından qonaqlara məlumat vermişdir. Daha sonra məktəbin şagirdləri müxtəlif musiqi nümunələri ilə çıxış etmişlər.