Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakənin Tülü kənd kitabxanasında “Aşıq Ələsgər-200” adlı videokonfrans keçirilib

03.09.2021

Balakən rayon Tülü kənd kitabxana filialında "Aşıq Ələsgər-200" adlı videokonfrans keçirilib.

Fəal oxucuların, kənd orta məktəbinin şagirdlərinin və könüllülərin iştirakı ilə keçirilən tədbiri kitabxananın müdiri Mahirə Dibirova açaraq, Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik sənət ənənələrindən bəhrələnərək, xalq ruhunda qələmə aldığı şeirlərindən və mədəni sərvətlər xəzinəsinə verdiyi misilsiz xidmətlərindən danışıb. Çıxışda gələcək nəsillərin aşıq sənətinə marağını artırmaq üçün, Azərbaycan aşıqlarının saz-söz sənət dünyalarını öyrənmək və bu sənəti yaşadaraq özlərindən sonra gələcək nəsillərə ötürülməsi tövsiyə edilib.

Sonra məktəb şagirdləri L.Dibirova, N.Novruzov, G.Dibirova aşığın "Dağlar" qoşmasından və "Görmədim" müxəmməsindən parçalar söyləyiblər.