25.08.2021
Balakən rayon Şərif kənd Sənətkarlıq klubu və Yeni Şərif kənd Sənətkarlıq evinin əməkdaşları Şəhid Məhəmməd Murtuzovun ailəsini və məzarını ziyarət ediblər.
Ailə ilə görüş zamanı bildirilib ki, Murtuzov Məhəmməd Ramazan oğlu 24.06.2002-ci ildə Balakən rayonu Xalatala kəndində anadan olub. O1.06.2020-ci il tarixdə hərbi xidmətə çağırılıb. 2020-ci il oktyabrın 9-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhramanlıq nümunəsi göstərərək, Şəhadətə yüksəlib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 və 25 dekabr 2020-ci il tarixli sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.