Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda Şəhid Təbriz Əliyevin doğum günü münasibətilə anım mərasimi keçirilib

24.08.2021

Qax şəhər sakini, Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Təbriz Əliyevin uyuduğu şəhər Şəhidlər xiyabanında anım mərasimi keçirilib. Təbriz yaşasaydı, bu gün əzizləri, yaxın dostları ilə birgə öz ad gününü qeyd edəcəkdi.  Anım mərasimində Təbriz Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan soydaşlarımızın arasında neçə-neçə Qaxlı gəncin də olması burada qəhrəmanlıq ənənələrinin layiqincə davam etdirildiyini göstərir. Vətən naminə mübarizədə ölümün gözünə dik baxmış hər bir soydaşımızın adı bizim üçün əzizdir. İllər ötsə də, Təbriz kimi əsgərlərimizin hünəri şöhrət tariximizdə parlaq nümunə olaraq qalacaq.

Çıxışlarda Təbrizin qısa, şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Qax şəhərində dünyaya göz açan Təbriz Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Təbriz İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Şəhadət zirvəsinə ucalan Təbriz Əliyev Qax şəhər Şəhidlər xiyabanında dəfn olunub. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.