20.08.2021
Qax rayon Ağçay kənd kitabxanasında “Yay məktəbi”layihəsi çərçivəsində gənc nəslin hərtərəfli inkişafı məqsədilə "Oyna qalib ol!" adlı stolüstü oyun yarışması təşkil olunub.
Bundan əlavə olaraq kitabxanada uşaqları və yeniyetmələri kitabxanaya cəlb etmək məqsədilə layihəyə uyğun olaraq, gündəlik müxtəlif tədbirlər həyata keçirilir. Yay tətili günlərində kitabxanalarda keçirilən tədbirlərin əsas məqsədi mümkün qədər çox məktəblini mənalı istirahətlə əhatə etmək, onların üfüqlərini genişləndirmək, yaradıcılıq, ünsiyyət, təbiətə hörmət göstərmək qabiliyyətlərini artırmaq və onlarda kitab sevgisini aşılamaqdan ibarətdir.