13.08.2021
Balakən rayon Hənifə kənd Sənətkarlıq klubunun və Məlikzadə kənd kitabxanasının əməkdaşları II Qarabag müharibəsində Şəhid olmuş Keciliyev Turqut Aydın oğlunun ailəsini ziyarət ediblər. Ziyarət zamanı Şəhidin anası Mehbarə xanımla Turqut haqqında söhbət aparılmış, onun əziz xatirələrindən, vətənpərvərliyindən danışılmışdır. Bildirilib ki, Turqut könüllü olaraq 27 sentyabr 2020-ci il tarixdən etibarən Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Oktyabrın 25-də Füzuli ətrafındakı döyüşlər zamanı Şəhadətə qovuşan Turqut Keciliyev ölümündən sonra "Vətən uğruda", "Cəbrayilın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.