Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakənin Talalar kənd kitabxanasında rəsm dərnəyinin növbəti məşğələsi keçirilib

12.08.2021

Balakən rayon Talalar kənd kitabxanasında "Balacalara kitabxana xidməti" layihəsində rəsm dərnəyinin növbəti məşğələsi keçirilib. Məktəblilərin yay tətili günlərində silsilə tədbirləri davam etdirən kitabxanada bu dəfə balaca rəsm həvəskarları həvəslə nağıl qəhrəmanlarının rəsmlərini çəkməyə çalışıblar. Uşaqlardan Emin və Emil Məmmədov qardaşlarının rəsmləri xüsusilə fərqlənib. Kitabxanaçı Maralxanım Hacıxanova dərnək üzvlərinə növbəti məşğələ üçün Nizami Gəncəvinin "Fitnə", "Şah və xidmətçi" əsərlərinə şəkillər çəkməyi tövsiyə edib.