12.08.2021
Qaxın İbaxlı kənd kitabxanasında "Qarabağ Azərbaycandır!" adlı rəsm müsabiqəsi keçirilib. Karantin qaydalarına uyğun olaraq 3 gün davam edən müsabiqədə iştirakçılar Şəhid Xudayar Yusifzadənin, Şuşa məscidinin, Xudafərin körpüsünün, Azərbaycan və Türkiyə bayraqlarının və Qarabağda döyüş səhnələrinin rəsmlərini canlaqndırıblar.
Münsiflərin qərarına görə iştirakçılardan Samir Şərifov 1-ci, Uğur Mustafayev 2-ci və Günəş Muradlı 3-cü yerlərə layiq görülüblər.