Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalanın Kəpənəkçi kənd Körpələr evində “Nağıl saatı” təşkil olunub

10.08.2021

Zaqatala rayon MKS- nin Kəpənəkçi kənd kitabxana filialının kitabxanaçısı Rəmziyyə İsayevanın təşəbbüsü ilə Kəpənəkçi kənd Körpələr evində "Sevimli nağıllarımız" başlıqlı nağıl saatı təşkil olunub.

Tədbirdə kitabxanaçı uşaqlara "Turp", "Qırmızı papaq" və "Meyvələrin söhbəti" nağıllarını danışıb. Sonra balacalara təqdim olunan nağıllar əsasında sual - cavab aparılıb.